“Mercedes-Benz” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru və “Mercedes-Benz Group AG”nin Azərbaycandakı baş nümayəndəliyi olan “AvtoKapital Azərbaycan” şirkəti brendin regionda ilk “Mercedes-Benz MAR20X” konsepsiyalı rəsmi diler mərkəzini açıb.
FED.AZ xəbər verir ki, 13 dekabr tarixində Bakıda ölkədə və regionda ilk “Mercedes-Benz MAR20X” konsepsiyalı diler mərkəzinin açılış mərasimi keçirilib.
Brendin fəlsəfəsi – müştərilərə avtomobil seçiminin bütün mərhələlərində xüsusi xidmət səviyyəsi təmin etmək və bu prosesi maksimum rahat etməkdir. Bu konsepsiya müştərinin marka ilə yanaşması və qarşılıqlı əlaqəsində yenilikçidir: dizayndan tam rəqəmsallaşmaya qədər.
Bakının mərkəzində yerləşən, 1100 m²-dən çox sahəyə malik şouruma sahib Abşeron diler mərkəzi müştərilərə və ziyarətçilərə “Mercedes-Benz”in aktual model sırası, “AMG Performance Centre” və “Maybach” avtomobilləri ilə tanış olmaq imkanı təqdim edir. Yeni diler mərkəzinin region və bütövlükdə Azərbaycan üçün əhəmiyyəti “Mercedes-Benz Middle East” şirkətinin baş direktoru, həmçinin Avropa, Yaxın Şərq və Afrika distribütor bazarlarının rəhbəri Mixael Ştroban, “UKRAVTO GROUP” şirkətlər qrupunun idarə heyəti sədrinin müavini və “Autocapital Azerbaijan” müşahidə şurasının sədri Nina Vasadzenin tədbirdə iştirak etməsi ilə vurğulandı.
“Bu unikal avtomobil mərkəzi Azərbaycandakı artan ambisiyalarımızın təməl daşıdır. Bakının mərkəzində yerləşən bu mərkəz şəhərin enerjisini, ambisiyalarını və canlı ruhunu əks etdirir. Bu mənim üçün sadəcə bir fiziki məkan deyil. Bu, brendimizin lüks anlayışını yenidən formalaşdırmaq istəyimizin təcəssümüdür. Bu mərkəz “Mercedes-Benz”in müasir standartlarına uyğun regiondakı ilk və Azərbaycanın ən böyük avtomobil salonudur, brendin cəsarətli baxışını əks etdirir”, – deyə Mixael Ştroban qeyd edib.
Yeni diler mərkəzi avtomobil seçimi və konfiqurasiyası üçün müştəri zonaları ilə yanaşı, 2200 m²-dən böyük xidmət zonasına malikdir. Xidmət sahəsi istehsalçının bütün standart və tələblərinə uyğun şəkildə təchiz edilib. Burada 30 işçi və yüksək ixtisaslı personal hər növ təmir işlərini yüksək keyfiyyətlə yerinə yetirmək üçün hazırdır. “Mercedes-Benz” avtomobillərinin sahibləri üçün bu mərkəz zəmanət və zəmanət sonrası xidmətlərin yüksək səviyyədə təmin olunacağı anlamına gəlir.
“Absheron” “Mercedes-Benz” avtomobil mərkəzinin açılışı bizim uzun illər – daha dəqiq desək, 30 illik səmərəli və etibarlı tərəfdaşlığımızın təcəssümüdür. “Absheron” – unikal bir yerdir, burada arzular və ideyalar həyata keçəcək. Hər bir müştəri brendin təqdim etdiyi innovasiyaları hiss edə biləcək. Ümid edirik ki, yeni salon Azərbaycandakı sevimli müştərilərimiz üçün maraqlı və ilhamverici bir məkan olacaq”, – deyə Nina Vasadze vurğulayıb.
“Autocapital Azerbaijan”ın baş direktoru Orxan Hacıyev yeni mərkəzin avtomobil seçimində tamamilə yeni müştəri təcrübəsinin əsasını təşkil edəcəyini bildirib: “Avtomobilin alınması və xidməti maksimum fərdi yanaşmaya malik olacaq ki, bu da ən tələbkar müştərilərin tələblərini qarşılamağa imkan verəcək”, – deyə o qeyd edib.
Yeni diler mərkəzinin açılışı çərçivəsində “Mercedes-Benz” brendinin dizayn, texnologiya və dəbdəbəyə olan unikal yanaşmasını əks etdirən üç yeni model təqdim olunub: “Mercedes-AMG E53”, “Mercedes-AMG G63” və “Mercedes-Maybach Night Series”.
“Mercedes-Benz” brendi haqqında ən son xəbərləri, yeni modelləri və xidmətlərlə bağlı xüsusi təklifləri izləmək üçün sosial şəbəkələrdəki səhifələrimizə abunə olun və veb saytımıza keçid edin.
https://www.mercedes-benz.com.az/
Haqqımızda:
“Autocapital Azerbaijan” şirkəti – Azərbaycan Respublikasında Mercedes-Benz avtomobillərinin rəsmi idxalçısı, Daimler AG-nin Azərbaycandakı baş nümayəndəliyi və UkrAvto korporasiyasının ayrılmaz hissəsidir.