Rəsmi avtomobil dilerləri yeni il ilə bağlı endirim kampaniyalarına başlayıblar. Bu kampaniyalar çərçivəsində ötən ilə aid bəzi avtomobil markalarında endirimlər təklif edilir. Söhbət “Dodge” və “Jeep” avtomobillərindən gedir.
Hər iki markanın Azərbaycanda rəsmi təmsilçisi “Avtolüks Azərbaycan” şirkətindən verilən məlumata görə, bu avtomobillərə yanvar ayının sonuna kimi maksimum 6 min manata kimi endirim təklif edilir.