Azərbaycanda benzinin qiyməti artandan sonra istənilən avtomolbil alıcısının maşın seçərkən ilk maraqlandığı məsələ, avtomobilin nə qədər yanacaq sərf etməsidir. Avtomobil satışı ilə məşğul olanlar müştəriləri həvəsləndirmək üçün bildirirlər ki, avtomobilin mühərrik həcminin böyük olması və çox yanacaq sərf etməs avtomobilin güclülüyünün göstəricisidir. Amma reallıq ondan ibarətdir ki, alıcı üçün cibinin həcminin alacağı avtomobilin mühərrik həcmi ilə üst-üstə düşməsidir. Hərçənd, Bakıda elə avtomobillər satılır ki, yanacağı «su kimi içməsi»nə baxmayaraq onların alıcıları azalmır.
FED.az bütün bu məqamları nəzərə alaraq avtomobil mərkəzlərində ən çox yanacaq “yeyən” avtomobil modellərini araşdırdır.
“KIA Motors Cadenza” – 290 AT GÜCÜ
Yuxarıdakı «canavarlar»la müqayisədə “KIA Motors”un ən «acgöz» avtomobili məsum görünür. Burada yanacaq sərfiyyatına görə, digərlərindən fərqlənən model “Cadenza”dır. Belə ki, 3,3 mühərrik həcminə malik olan bu model şəhəriçi 15-16 litr, magistralda 12,13 litr, qarışıq olaraq isə yenə 12-13 litr yanacaq tələb edir. Model 290 at gücünə malikdir. Yanacaq sərfiyyatının çox olması bu modelin də alıcılığına mənfi təsir etmir. Mərkəzdən bildridilər ki, bu avtomobilləri daha çox sıravi vətəndaşlar alırlar. Qiyməti 73 min 700 manatdır.
“BMW M-760” – 601 AT GÜCÜ
İstənilən «avtoş»un arzusu! “BMW” Bakı mərkəzindən bildirdilər ki, burada ən çox yanacaq tələb edən avtomobil modeli “M-760”dır. 6,6 litr mühərrik həcminə və 601 at gücünə malik bu model şəhər daxilində 18,4 litr, magistralda 9,6 litr, qarışıq olaraq isə 12,8 litr yanacaq istifadə edir. Mərkəzdən verilən məlumata görə, benzin sərfiyyatının çox olması bu modelin alışına təsir etmir. Çünki bunun öz alıcısı var. Məlumatda o da qeyd olunur ki, bu modellərin alıcısı əsasən sıravi vətəndaşlardan ibarətdir.
Mərkəzin satış şöbəsindən bildirdilər ki, son vaxtlar alıcıların marağı 3 litr mühərrik gücünə malik avtomobil modellərinə yönəlib. Çünki bu modellərin yanacaq məsrəfi nə az, nə çox - orta həcmdə olur. Qiyməti 224-290 min avro və ya 494-607 min manat arasında dəyişir.
“Toyota Land Cruiser 200” – 309 AT GÜCÜ
“Toyota” Bakı mərkəzində bildirdilər ki, burada ən çox yanacaq sərfiyyatı “Land Cruiser 200” modelinə aiddir. 4,6 litr mühərrik həcminə malik bu model şəhər rejimində 18 litr, trasda 11 litr, qarışınq olaraq 13 litr benzin “yeyir”. Avtomobil 309 at gücünə malikdir. Mərkəzdən bildirdilər ki, benzin sərfiyyatının yüksək olması alıcılıq qabiliyyətinə təsir etsə də bu modelin də öz alıcıları var. O alıcılar da sırvavi vətəndaşlar və şirkətlərdir. Qiyməti 175 min manatdır.
“Bentley Bentayga” – 600 AT GÜCÜ
Məşhur “Bentley” markasında isə ən çox yanacaq sərfiyyatı, 6,0 mühərriki 12 silindrli olan “Beytayga” və “Flying Spur” modellərindədir. “Bentayga” modeli şəhərdaxili 19 litr, magistralda 9,6 litr, qarışıq isə 13,1 litr yanacaq “yeyir”. “Flying Spur” modeli isə şəhəriçi 22,2 litr, magistralda 10,2 litr, qarışıq isə 14,7 litr benzin tələb edir. 2 turbo gücləndiriciyə malik bu modellərin aşırı benzin sərfiyyatı onların alıcılıq qabiliyyətini zədələmir. Model 600 at gücünə malikdir.
“Bentley” Bakı mərkəzindən bildirdilər ki, bu modellər şirkət tərəfindən də alınır, amma daha çox fərdi müştərilərə satılıb. Qiyməti 270-370 min dollar və ya 450-630 min manat arası dəyişir.
“Lexus LX-570” – 383 AT GÜCÜ
“Lexus” Bakı mərkəzindən deyirlər ki, burada ən çox yanacaq “yeyən” model “LX-570”dir. Bu model şəhərdaxili 15-16 litr, magistral yolda 10-11 litr, qarışıq olaraq isə 20-22 litr yanacaq tələb edir. 5,7 mühərrik həcminə malik bu modellərin satışına benzin sərfiyyatı təsir etsə də o qədər də ciddi maneələr yaratmır. 383 at gücünə malik olan bu modelin öz alıcıları var. Bu modeli sadə vətəndaşlarla bərabər, şirkətlər də alırlar. Qiyməti 159 min 500 dollar və ya 271 min manatdır.
“Porsche Turbo S Cayenne” – 570 AT GÜCÜ
“Porsche” Bakı mərkəzinin məlumatına görə, burada ən çox yanacaq tələb edən model “Porsche Turbo S Cayenne” və “Porsche Panamera”dır. “Porsche Turbo S Cayenne” modeli 4,8 mühərrik, 570 at gücünə, “Porsche Panamera” modeli isə 4 mühərrik, 550 at gücünə malikdir. Bu modellərə şəhər daxili 14 litr, magistralda 10 litr, qarışıq olaraq isə 12-13 litr yanacaq sərf olunur. Yanacaq sərfiyyatının yüksək olması bu modellərin də alıcığınına mənfi təsir etmir. Bu avtomobillər sıravi alıcılar və şirkətlər tərəfindən eyni sayda alınır. “ Porsche Panamera”nın qiyməti 190 min avro və ya 398 min manat, “Porsche Turbo S Cayenne”nin qiyməti isə 235 min avro və ya 492 min manatdır.
Bakıda benzini «su kimi içən» avtomobillər – SİYAHI, QİYMƏTLƏR
16:38
27 Fev 2018