Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin təsis etdiyi “Bələdiyyə Taksi Xidməti” MMC əhaliyə yeni xidməti təklif edir. FED.az xəbər verir ki, MMC-nin yaydığı məlumata görə, müəssisə artıq gəlin maşınlarının kirayəsinə start verib.
«Toy Günləriniz üçün avtomobillərin ən münasib qiymətlərlə sifarişi *5777 ni yığmaqla "BƏLƏDİYYƏ TAXİ XİDMƏTİ” nin xidmətində yararlana bilərsiniz. Professional surucu tərəfindən idarə edilən maşınlar sərfəli və yüksək keyfiyyətlə xidmətinizdəyik»-deyə elanda bildirilir. Bələdiyyə elan edib ki, taksi xidmətindən daimi istifadə edən sakinlərə güzəştlər də nəzərdə tutulub.
Mənbə: Belediyye.info