Formula-1 Azərbaycan Qran Prisinin təşkilatçısı olan "Bakı Şəhər Halqası" cərimələnib.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, "Bakı Şəhər Halqası"nın Əməliyyat Şirkəti yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədib. Nəticədə şirkət barəsində məhkəmə iddiası qaldırılıb. İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılır.
"Bakı Şəhər Halqası" İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozub. Maddənin tələblərinə əsasən, şirkət sükan arxasında yol hərəkəti qaydalarını pozmuş şəxs barəsində müvafiq dövlət orqanına məlumat verməyib. Əməliyyat şirkətini 300 manat cərimə cəzası gözləyir.