Məşhur Brabus tuning atelyesi Mercedes-Benz G-Class yolsuzluğunun yenidən işlənmiş modifikasiyasını təqdim edib.
FED.az xəbər verir ki, 900 at gücü olan yeni avtomobil «Mersedes Brabus G V12 900» «One of Ten» adlanır. Bu model «Mercedes-Benz G-Class»ın yeni nəslinin üzərində yığılıb. 900 at güclü, V12 6.3 mühərriki ilə təmin edilən avtomobilin ilk premyerası «Frankfurt International Motor Show» sərgisində baş tutub.
Avtomobilin qiyməti 600 min avrodur. Müqayisə üçün - «Mercedes-AMG G 63»in qiyməti Avropada 160 min avrodur. İlkin məlumatlara görə dünyada cəmi 10 belə avtomobil buraxılacaq. Astronomik qiymətinə baxmayaraq artıq bütün maşınlar öz sahibini tapıb.
Güclü mühərrik maşını cəmi 3,8 saniyəyə 100 kilometr/saata çatdırır, maksimal sürət isə 280 kilometr/saatdır.
Paylaş