Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti balansında olan 2 avtomobili hərraca çıxarıb. Maşınlar Əmlak Məsələləri Dövlət Komitəsinin fevralın 27-ə təyin etdiyi əmlak hərracında satılacaq.
FED.az xəbər verir ki, "Azərsığorta"nın balansında olan "VAZ-2106" markalı maşnın ilkin satış qiyməti 1 200 manat müəyyən edilib. Maşın 2005-ci ilə aiddir.
Şirkətin balansında olan digər bir avtomobil isə "KİA RİO"dur. 2009-ci ildə istehsal edilən maşının ilkin satış qiyməti 5 000 manat müəyyən edilib.
Qeyd edək ki, hərracda iştirak etmək istəyən şəxslər öncədən maşınların dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.
"Azərsığorta" maşınlarını satır - QİYMƏTLƏR
15:13
30 Yan 2018