"Maxim" taksi sifarişi operatoru 20 000 manat miqdarında cərimələnib
AYNA sədri: "İcazəsi olmayan taksi sürücüsünə sifariş ötürən şirkət 20 min manatadək cərimələnir"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü və Nəqliyyat Agentliyindən bildiriblər.
“BELLFAST BAKU” MMC ("Maxim" taksi sifarişi operatoru) AYNA tərəfindən cərimələnib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 326-2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə şirkət barəsində AYNA tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib.
(Maddə 326-2.3: Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə)
Qeyd edək ki, taksi sifarişi operatorlarının fəaliyyətinə AYNA tərəfindən nəzarət elektron qaydada həyata keçirilir.
Şirkətlər öz informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürürlər. (Trend)