30 sentyabr 2025-ci il tarixində saat 11:00-da hərraca çıxarılacaq “Azərikard” MMC-nin balansında olan nəqliyyat vasitələri açıqlanıb.
Müdafiə Nazirliyinə məxsus avtomobillər - HƏRRACDA ALICI TAPDI, SİYAHI
FED.az xəbər verir ki, nəqliyyat vasitələri Bakı şəhəri, Təbriz küçəsi 21, kəsir 23 ünvanında yerləşir.
Beh “Azərikard” MMC-nin aşağıdakı hesabına köçürülməlidir.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
“Azərikard” MMC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.