Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 7 noyabr 2025-ci il tarixində saat 10:00-da hərrac keçiriləcək.
Hyundai, Volkswagen və Nissan, dövlət komitəsinin avtomobilləri - HƏRRACDA SATILDI
FED.az xəbər verir ki, hərraca “Azərikard” MMC-nin balansında olan iki avtomobil çıxarılacaq. Hərracda “Toyota Camry” və “Volkswagen Passat” markalı minik avtomobilləri satışa təqdim olunacaq.
Elana əsasən, 2019-cu il istehsalı olan “Toyota Camry” avtomobilinin ilkin satış qiyməti 28 856,7 manat, 10% beh məbləği isə 2 885,67 manat müəyyən edilib. Digər avtomobil 2013-cü il buraxılışlı “Volkswagen Passat” minik avtomobilidir. Bu avtomobilin ilkin satış qiyməti 10 651,5 manat, beh məbləği isə 1 065,15 manatdır.
Hərracda iştirak etmək istəyən şəxslər beh məbləğini “Azərikard” MMC-nin müvafiq bank hesabına köçürməlidirlər. Nəqliyyat vasitələri Bakı şəhəri, Təbriz küçəsi 21, kəsir 23 ünvanında yerləşir. Əlavə məlumat almaq istəyənlər üçün əlaqə nömrəsi: 055-212-02-30.
Qeyd edək ki, “Azərikard” MMC-nin balansında olan bu iki avtomobilin ümumi ilkin satış dəyəri 39 508,2 manat təşkil edir.
Behin köçürülməsi üçün hesab:
| Adı: | “Azərikard” MMC | 
| Ünvanı: | AZ1014, Bakı şəhəri, Bülbül prospekti, 54 | 
| VÖEN: | 1400318341 | 
| H/H: | AZ79IBAZ40060019449311555120 | 
| Bank: | "ABB" ASC Müştəri Xidməti Departamenti | 
| Bankın VÖEN-i: | 9900001881 | 
| Kod: | 805250 | 
| M/H: | AZ03NABZ01350100000000002944 | 
| S.W.İ.F.T: | IBAZAZ2X | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








