Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 7 noyabr 2025-ci il tarixində saat 10:00-da hərrac keçiriləcək.
Hyundai, Volkswagen və Nissan, dövlət komitəsinin avtomobilləri - HƏRRACDA SATILDI
FED.az xəbər verir ki, hərraca “Azərikard” MMC-nin balansında olan iki avtomobil çıxarılacaq. Hərracda “Toyota Camry” və “Volkswagen Passat” markalı minik avtomobilləri satışa təqdim olunacaq.
Elana əsasən, 2019-cu il istehsalı olan “Toyota Camry” avtomobilinin ilkin satış qiyməti 28 856,7 manat, 10% beh məbləği isə 2 885,67 manat müəyyən edilib. Digər avtomobil 2013-cü il buraxılışlı “Volkswagen Passat” minik avtomobilidir. Bu avtomobilin ilkin satış qiyməti 10 651,5 manat, beh məbləği isə 1 065,15 manatdır.
Hərracda iştirak etmək istəyən şəxslər beh məbləğini “Azərikard” MMC-nin müvafiq bank hesabına köçürməlidirlər. Nəqliyyat vasitələri Bakı şəhəri, Təbriz küçəsi 21, kəsir 23 ünvanında yerləşir. Əlavə məlumat almaq istəyənlər üçün əlaqə nömrəsi: 055-212-02-30.
Qeyd edək ki, “Azərikard” MMC-nin balansında olan bu iki avtomobilin ümumi ilkin satış dəyəri 39 508,2 manat təşkil edir.
Behin köçürülməsi üçün hesab:
Adı: |
“Azərikard” MMC |
Ünvanı: |
AZ1014, Bakı şəhəri, Bülbül prospekti, 54 |
VÖEN: |
1400318341 |
H/H: |
AZ79IBAZ40060019449311555120 |
Bank: |
"ABB" ASC Müştəri Xidməti Departamenti |
Bankın VÖEN-i: |
9900001881 |
Kod: |
805250 |
M/H: |
AZ03NABZ01350100000000002944 |
S.W.İ.F.T: |
IBAZAZ2X |