Azərbaycanılıara ən çox xitab edən marka məhz Mercedes Benzdir. FED.az xəbər verir ki, «Business insight» araşdırma şirkəti ölkə əhalisinin avtomobil zövqlərini və hansı markaya üstünlük verdiyini araşdırıb.
1270 nəfər arasında həyata keçirilən sorğuda Mercedes Benz səslərin 29,5%-ni alaraq birinci olub. Hyundai isə Mercedes Benz-dən sonra 10.2% səs alaraq ikinci seçilib. Ən çox tövsiyə edilən marka sualının üçüncüsü isə 7,9% səslə BMW və Toyota olub.
Seçilən bu 4 markanın cəmi səslərin təxminən yarısını toplayaraq digər markaları kifayət qədər qabaqlaya bildilər. Respondentlərin 44.8% məhşur alman markalarını tövsiyə ediblər. Yerli avtomobil markalarının əsas təmsilçiləri Khazar və Azsamand isə azsaylı istifadəçi tərəfindən məsləhət görülüb. Azsamand – 0.1% , Khazar – 0.4%.
Eləcə də bax: Azərbaycanda hər 5 evdən ikisində bu çay içilir – ARAŞDIRMA - SİYAHI
Eləcə də bax: Sahiblərinin satmaq istəmədiyi avtomobillər açıqlandı - TOP 10