Azərbaycanda "Ford" markalı avtomobillərin sayında artım qeydə alınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən il Azərbaycanda "Ford" avtomobillərinin sayı 21 min 743 ədədə bərabər olub.
Bu 2022-ci illə müqayisədə 2 150 ədəd və ya 11% çoxdur.
2022-ci ilin sonunda Azərbaycanda "Ford" avtomobillərinin sayı 19 min 593 ədəd idi.