Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2019-cu ilin yanvar ayında Azərbaycanda 89 ədəd minik avtomobili istehsal edilib. 2017-ci ilin Yanvarında Azərbaycanda minik avtomobili istehsal edilməyib.
FED.az xəbər verir ki, 01.02.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 190 ədəd təşkil edib.
Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılıb. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).
2019-cu ilin Yanvarında 188 ədəd traktor istehsal edilib. 2017-ci ilin yanvar ayı ilə müqayisədə traktor istehsalı 2,8 dəfə artıb. Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.
Eləcə də bax: Azərbaycanda dövlət qurumu - SÜRÜCÜLÜK DƏRSLƏRİNƏ BAŞLAYIB - İLK DƏFƏ
2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib.
Emin Axundov Fevralın 11-də bildirmişdi ki, 2018-ci ilin yazında işə düşmüş Neftçala Avtomobil Zavodunda bu vaxta kimi 1250-dək avtomobil istehsal olunub. Bu rəqəm, rəsmi statistikadan yüksəkdir. Rəsmi statistikaya görə, ötən il və bu ilin Yanvarında Azərbaycanda cəmi 1058 ədəd minik avtomobili istehsal edilib.
Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri istehsal edir.
Eləcə də bax: Abidələrə təhlükə yarandıqda avtomobillərin hərəkəti qadağan ediləcək
©Marja