Azərbaycanda yeni «Nissan Sunny» avtomobilinin satışı başlanıb.
Eləcə də bax: “Lada Niva” avtomobilinin yeni modeli - SATIŞA ÇIXARILIB
FED.az xəbər verir ki, avtomobil əvvəlki versiyalardan daha fərqli xarici görünüşə malikdir.
1,6 litr həcmində olan mühərrik 120 at gücünə malikdir.
Reklamlarda avtomobilin 100 km məsafəyə isə cəmi 5.1 litr yanacaq sərf etdiyi elan edilsə də, bu əslində şəhərdən kənardakı göstəricidir. Şəhəriçi yanacaq sərfi 8,3 litr təşkil edir. Maşının qiyməti isə 17 600 dollardan (rəsmi distribüter qiyməti dollarda göstərib), yəni 29 920 manatdan başlayır. Satış platformalarında isə avtomobil 32 130 manatdan təklif edilir.