Avto

Azərbaycanda tək şəxsiyyət vəsiqəsilə – AVTOMOBİL SATIŞI BAŞLANIB

Azərbaycanda tək şəxsiyyət vəsiqəsilə – AVTOMOBİL SATIŞI BAŞLANIB | FED.az
14:21 11 Mart 2019

Azərbaycanda heç bir arayış tələb olunmadan, tək şəxsiyyət vəsiqəsilə avtomobil satışı başlayıb. FED.az xəbər verir ki, «Chevrolet Azərbaycan» şirkəti öz modellərini müştərilərə daxili kreditlərlə satışı kampaniyasına start verib. Kampaniyanın şərtlərinə görə, buradan avtomobil almaq üçün heç bir arayış (iş yeri və ya qeydiyyat yerindən), müştərinin Bakı qeydiyyatı tələb olunmur. Standart şərtlərə görə, ilkin ödəniş 20%-dən başlayır və avtomobillər 36 aylıq kreditlə satılır.

Şirkətdən FED.az-a bildirilib ki, avtomobillərin satışı bank vasitəsilə deyil, daxili kreditlə maliyyələşdirilir: «Bu daxili kreditdir, avtomobil şirkətin adında olur, alıcıya isə hər ay etibarnamə verilir». Başqa sözlə, avtomobillərin satışı faktiki olaraq lizinq şərtləri ilə aparıır, amma şirkətdə bildirilir ki, heç bir lizinq şirkəti ilə əməkdaşlıq edilmir və proses daxili kreditlərlə aparılır.

Qeyd edək ki, Vergi Məcəlləsinə bu ildən qüvvəyə minən dəyişikliklərə görə, fiziki şəxslərin lizinqə avadanlıq, o cümlədən avtomobil alması çətinləşib. Yeni qaydalara görə, lizinqla satış yalnız vergi qeydiyyatından keçmiş (VÖEN-i  olan) şəxslərə aid olacaq. Adi şəxslərdə isə bu əməliyyat 18% ƏDV-yə cəlb ediləcək. Bu vəziyyətdə satış şirkətləri satış üçün çıxış yolu kimi, daxili kreditlər tətbiq edirlər.

Eləcə də bax: Gürcüstandan vurulmuş, əzilmiş, hava yastıqları açılan avtomobillər gətirilir - MÜSAHİBƏ

 

Digər xəbərlər

Banner