Hərəkət zamanı radar və kameralardan yayınmaq istəyən bəzi sürücülər fərqli yola əl atıblar. İnstagram sosial şəbəkəsində açıq satılan xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlətmək mümkün olur.
FED.az xəbər verir ki, bəzi sürücülər radarlardan yayınmaq üçün bu yola əl atırlar. Elə səhifədə paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür.
Eləcə də bax: Sürücüləri cərimələmək üçün - YENİ AVADANLIQ GƏTİRİLİR
Paylaşılan videolarda artıq bu nömərlərdən istifadə edənlərin olduğu da görünür. Hərçənd ki, satışla məşğul olanlar bu əməlin qanunsuz olduğunu etiraf etmək istəmirlər.
Əldə etdiyimiz məlumata görə faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.
yeniavaz