Ölkədəki əksər avtomobil həvəskarları seçim edərkən ilk növbədə avtomobil alqı-satqısı saytlarına üz tuturlar.
FED.az Azərbaycanın məhşur avtomobil saytlarında satışı elan olunmuş avtomobillərlə bağlı araşdırma aparıb.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az alınan avtomobillər – SİYAHI
Müəyyən olub ki, bu saytlarda ən bahalı avtomobil "Rolls-Royce Cullinan" avtomobilidir. 6,5 L mühərrik həcminə sahib, buraxılış ili 2018-ci il olan bu avtomobilin satış qiyməti 994 500 manatdır.
Ən ucuz avtomobil isə "Moskvich 2140" avtomobilidir. Avtomobil 1978-ci ildə istehsal olunub. Mühərrikinin həcmi 1,5 L, yürüşü 500 000 km, qiyməti 50 manatdır.
Ən "qocaman" avtomobilə gəldikdə isə, bu, 1958-ci ildə istehsal olunan "GAZ M-20 Pobeda" avtomobilidir. Mühərrikinin həcmi 2,0 L, yürüşü 28 000 km olan avtomobilin qiyməti 55 000 manatdır.