Azərbaycanda satışda olan ən bahalı avtomobillər məlum olub.
FED.az avtomobil satış platformasına istinadən xəbər verir ki, əvvəlki illərlə müqayisədə 10 ən başalı avtomobillərin həm qiymətində, həm də tərkibində dəyişiklik var.
Eləcə də bax: Bakıda satılan avtomat sürət qutulu - ƏN UCUZ AVTOMOBİLLƏR – QİYMƏTLƏR
Belə ki, ötən il Azərbaycanda satılan ən bahalı avtomobil «Rolls-Royce Phantom» idi, 630 min dollar və ya 1 milyon 71 min manat. Hazırda satışda olan ən bahalı avtomobillər isə aşağıdakılardır:
1. Rolls-Royce Cullinan, 6.5 L, 2019 - 1 milyon 20 min AZN
2. Bentley Mulsanne, 6.5 L, 2018 - 846 min AZN
3. Mercedes G 63 AMG, 4.0 L, 2019 - 746 min AZN
4. Mercedes G 63 AMG, 4.0 L, 2019 - 733 min AZN
5. Rolls-Royce Wraith, 6.5 L, 2017 - 663 min AZN
6. Rolls-Royce Wraith, 6.2 L, 2016 - 660 min AZN
7. Rolls-Royce Wraith, 6.5 L, 2015 - 646 min AZN
8. Bentley Continental, 6.0 L, 2019 - 630 min AZN
9. Bentley Continental, 6.0 L, 2019 - 620 min AZN
10. Land Rover Range Rover, 5.0 L, 2019 - 612 min AZN