Rusiya və Ukrayna arasında gedən müharibə avtomobil bazarına da təsirsiz ötüşməyəcək.
Eləcə də bax: “Avtovaz” avtomobillərin yığılmasını - DAYANDIRACAQ
FED.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, AvtoVAZ şirkəti istehsal etdiyi avtomobillərin qiymətini 15% artırıb.
"Şirkət bununla kifayətlənməyərək avtomobillərin 30%-ə qədər bahalaşacağının anonsunu verdi. Azərbaycana satdıqları avtomobillərin böyük əksəriyyəti AvtoVAZ şirkətinin istehsal etdiyi avtomobillərdir. Bu baxımdan zavodun istehsal etdiyi avtomobillərin ölkəmizdə bahalaşacağı istisna edilmir. Müharibədən sonra qiymətin sabitləşməsi baş verə bilər",-deyə E. Muradlı deyib.
Ekspert bildirib ki,yük avtomobillərinin də qiymətində artımlar ola bilər. Əsasən kiçik həcmli mikroavtobuslar, yük avtomobilləri, traktorların qiyməti bahalaşa bilər. Hal-hazırda Azərbaycanın avtomobil bazarında durğunluqdur və artım hiss edilmir. (Trend)