Azərbaycanda Rusiya avtomobillərinə maraq azalıb. “LADA” şirkətinin Azərbaycandakı rəsmi satış mərkəzi “Xəzər LADA” ilin yekunlarını açıqlayıb.
Şirkətdən FED.az-a verilən məlumata əsasən, 2017-ci ildə şirkətin istehsalı olan maşınların satışında əvvəlki illə müqayisədə 47.8% azalma müşahidə olunub. Buna səbəb 2016-cı illə müqayisədə ötən il qiymətlərin bahalaşması olub.
Belə ki, “Xəzər LADA” 2015-ci ildə baş verən devalvasiyadan əvvəl dolların köhnə məzənnəsi ilə Rusiyadan maşınları alaraq baza yaradıb. Şirkətdən bildiriblər ki, həmin maşınlar 2016-ci ildə lə köhnə qiymətlərlə satılıb. Onların əvəzində alınanlar isə yeni qiymətlə olub. Ona görə də ötən il “LADA”ların qiyməti 20%-ə yaxın bahalaşıb.
Bahalaşma nəticədə satış kəskin azalıb. Əvvəl 10 min manata satılan “LADA” 2017-ci ildə 12 min manata olub. 12 min manata satılan maşınların qiyməti isə 14 min manata yüksəlib.
2017-ci ildə ən cox tələb olan avtomobil isə 12 000-14 000 manat dəyərində olan “LADA Priora 4x4”olub.
Azərbaycanda rus maşınlarının satışı – KƏSKİN AZALIB
13:31
23 Yan 2018