«Xəzər-Lada» ASC 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2018-ci ili mənfəətlə başa vurub. «Xəzər-Lada» ASC-nin 2018-ci il cəmi gəlirləri 16 milyon 445 min 553 manat, cəmi xərcləri isə 16 milyon 174 min 753 manat olub.
Şirkət 2018-ci ildə 54 min 160 manat mənfəət vergisi ödəyib. Nəticədə «Xəzər-Lada» ASC ili 216 min 640 manat mənfəətlə başa vurub.
İlin sonunda səhmdarların ümumu iclasında yığım fonduna (20%) 43 328 manat, istehlak fonduna (50%) 108 320 manat, dividendlərə (30%) 64 992 manat ayırmalar olub.
Büdcəyə cəmi 3 milyon 640 min 521 ödəniş olub.
Şirkətin cəmi aktivləri 2017-ci illə müqayisədə 21.8 % azalaraq 10 milyon 42 min 582 manata enib.
“Xəzər – Lada” ASC – nin cəmi kapitalları isə artıb. Cəmi kapitall 1.7% artaraq 9 milyon 542 min 582 manat olub.
Cəmi öhdəliklər isə təxminən 7 dəfə azalaraq 500 min manata enib.
Eləcə də bax: Bu ilin sonuna qədər Azərbaycan Rusiyaya avtomobil ixrac edəcək