Avto

Azərbaycanda QAZ avtomobillərinin yığılmasına - Başlanılır

Azərbaycanda QAZ avtomobillərinin yığılmasına - Başlanılır | FED.az
12:21 21 İyun 2021

Bu ilin iyul ayının əvvəlindən Azərbaycanda QAZ avtomobillərinin yığılmasına start veriləcək.

Eləcə də bax: Azərbaycanda istehsal olunan «Xəzər» avtomobilləri - GÜZƏŞTLİ KREDİTLƏ SATILACAQ

FED.az bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, hazırda layihə ilə bağlı nizamlama prosesi yekunlaşmaq üzrədir və plana uyğun olaraq bu işlərin iyunun sonunadək başa çatacağı nəzərdə tutulur.

"İyunun axırınadək proses tamamlanmalıdır və əgər hər hansı gözlənilməz məsələ ortaya çıxmasa, plana uyğun olaraq avtomobillərin yığılmasına artıq iyulun əvvəlindən başlamalıyıq", - deyə E. Axundov qeyd edib.

Qeyd edək ki, zavodunun yaradılması barədə memorandum "Azermaş"la Qorki Avtomobil Zavodu (QAZ) arasında 2018-ci ilin aprel ayında imzalanıb. Hacıqabulda fəaliyyət göstərəcək zavodda ildə 1 000 avtomobilin yığımı nəzərdə tutulur. İstehsal Qorki Avtomobil Zavodunun texnoloji tələblərinə və keyfiyyət standartlarına uyğun şəkildə təşkil ediləcək.

Müəssisədə "QAZel NEXT" və "QAZel Biznes" yüngül ticarət avtomobilləri, eləcə də "QAZon NEXT" orta yük maşınları yığılacaq. QAZ avtomobillərinin baza modellərinə əsaslanaraq gələcəkdə təcili yardım və bələdiyyə xidməti üçün nəqliyyat vasitələri, məktəb mikroavtobusları da daxil olmaqla müxtəlif növ xüsusi avadanlıqların istehsalının təşkili planlaşdırılır. (Apa)

Banner
Banner

Digər xəbərlər