Azərbaycanda onlayn satışa çıxarılan ən bahalı avtomobilin qiyməti yarım milyon manatdan çoxdur.
Eləcə də bax: Hibrid avtomobillərin ölkəyə gətirilməsi ucuz başa gəlir - Ekspert
Belə ki, onlayn platforma üzərindən satışa çıxarılan “Mercedes-Maybach GLS 600 4MATIC” (4.0 L, 2021 il) avtomobilinin qiyməti 578 000 manatdır.
FED.az xəbər verir ki, ikinci ən bahalı avtomobil isə “Bentley” ailəsinə aiddir. Onlayn satışda olan “Bentley Continental” (6.0 L, 2018 il) modelinin qiyməti 508 000 manatdır.
Üçüncü ən bahalı avtomobil isə “Rolls-Royce”a məxsusdur. “Rolls-Royce”un “Wraith” (6.5 L, 2016 il) modeli 470 000 manata onlayn satışa çıxarılıb.
Qeyd edək ki, ötən üç ay ərzində mövcud olan bir sıra bahalı avtomobillərin satılıb-satılmadığı məlum olmasa da artıq onlayn satışda yoxdur. Belə ki, üç ay əvvəl satışda olan 816 min manat dəyərində “Rolls-Royce Cullinan” modeli (6.7 L, 2019 il), 450 min manat dəyərində “Lamborghini Huracan” modeli (5.2 L, 2017 il), 438 min manat dəyərində “Mercedes-Maybach S 560” modeli, 350 min manat dəyərində “Bentley Flying Spur” modeli (6.0 L, 2020 il) satışdan çıxıb.(Trend)