2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 710 ədəd minik avtomobili istehsal edilib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə avtomobil istehsalı 39,8% artıb.
Yanvarda 102 avtomobil, fevralda – 3 avtomobil, martda – 334 avtomobil, apreldfə - 271 avtomobil istehsal olunub.
1 may 2022-ci il tarixinə anbarlarda 673 ədəd minik avtomobili var.
Yanvar-aprelda Azərbaycanda 169 ədəd traktor istehsal edilib, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çoxdur.
2022-ci il mayın 1-nə anbarlarda 36 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2021-ci ildə Azərbaycanda 2 min 43 ədəd avtomobil (artım 4,8%), 651 traktor (artım 2,2 dəfə) istehsal edilib. (İnterfaks-Azərbaycan)