2021-ci ilin yanvar-may aylarında Azərbaycanda 653 ədəd minik avtomobili istehsal edilib.
Eləcə də bax: Səfir: "Azərbaycan tezliklə İranla birlikdə traktor istehsal edəcək"
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 2,8% azalıb.
Yanvarda 96, fevralda 120, martda 192, apreldə 100, mayda 145 ədəd avtomobil istehsal edilib.
1 iyun 2021-ci il tarixinə anbarlarda 142 ədəd minik avtomobili var.
Cari ilin yanvar-may aylarında Azərbaycanda 239 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin 5 ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.
İyunun 1-nə anbarlarda 70 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2020-ci ildə Azərbaycanda 1,949 min ədəd avtomobil istehsal olunub ki, bu da 2019-cu ilin göstəricisindən 17,4% azdır. Ötən il respublikada 300 ədəd müxtəlif təyinatlı traktor (azalma 66,9%) istehsal edilib. İstehsalın azalması COVID-19 səbəbindən müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması ilə şərtlənib. (İnterfaks)