Fransız avtomobil markası “Peugeot”nun Azərbaycanda satışına başlanılacaq.
Eləcə də bax: "Rusiya avtomobillərinin Azərbaycana idxalı ilə bağlı problem yoxdur" - AÇIQLAMA
FED.az xəbər verir ki, brendin Azərbaycana rəsmi idxalını “ISR Holdinq” həyata keçirəcək.
Xəbərə görə, “Peugeot”nun ənənəvi yanacaqla işləyən modelləri ilə yanaşı, elektromobillərinin də satışı baş tutacaq.
Hazırda bu avtomobillərin satışı ilə yanaşı, servisinin həyata keçirilməsi üçün işçilərin hazırlanması prosesi gedir. Yeni markanın Azərbaycana idxalı ilə bağlı dəqiq tarix isə hələlik açıqlanmayıb.
Xatırladaq ki, “İSR Holdinq”ə daxil olan şirkətlər Azərbaycanda “Toyota”, “Lexus” və “BYD” avtomobil markalarının satışını həyata keçirir. (Apa)