Azərbaycanda Çin maşınlarının sürətlə güclənməsi digər markaların satışında problem yaratmağa başlayıb.
"Xiaomi"nin elektrik avtomobili üç dəqiqəyə - 200 MİN SİFARİŞ ALDI
«Toyota Camry»yə oxşayır, 2000 km gedir, cəmi $22 min – 51 MİN SİFARİŞ VERİLİB
FED.az xəbər verir ki, elektrik və hibrid avtomobillərin populyarlaşması ənənəvi mühərriklə işləyən maşınlarına marağı azaldıb. Nəticədə belə şirkətlər alıcıları cəlb etmək üçün müxtəlif üsullara əl atırlar.
Baş Prokurorluğun "Audi"ləri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI, MƏBLƏĞLƏR
Məsələn, son vaxtlar maraq azalan markalardan biri – «Mazda» şirkəti Azərbaycanda müştərilərin diqqətini cəlb etmək və satışlarını artırmaq üçün alıcılara maşının üstündə benzin təklif etməyə başlayıb.
Qeyd edək ki, xüsusilə bahalı olan premium benzinlə işləyən maşınlara maraq daha çox azalıb, çünki belə maşınların yanacağı adi benzindən 1,5 dəfə bahadır və yanacaq xərcləri də artıqdır.
Bu vəziyyətdə «Mazda Azərbaycan» alıcıları cəlb etmək üçün maşınları alan hər kəsə 2000 litr premium benzin verəcəyini elan edib. Bundan başqa, şirkət 1 illik tam kasko sığorta və qeydiyyat xərclərini də öz üzərinə götürür.