2023-cü ildə Azərbaycanda «Mazda» avtomobillərinin satışı kəskin azalıb.
Azərbaycanda ilk dəfə avtomobillərin - QİYMƏTİ UCUZLAŞDI
FED.az xəbər verir ki, bu barədə «Mazda» avtomobilərinin ölkədə rəsmi nümayəndəliyini həyata keçirən «Rotary Motors» MMC şirkətinin hesabatında bildirilir.
Hesabatda deyilir ki, 2023-cü ildə Azərbaycanda rəsmi distribüter vasitəsilə cəmi 7 milyon 334 min manatlıq «Mazda» avtomobilləri satılıb. Bu illik 37% azalma deməkdir. Belə ki, 2022-ci ildə ölkədə «Mazda»ların satışı 11 milyon 664 min manat təşkil etmişdi.
Əvəzində «Mazda»ların Azərbaycandan başqa ölkələrə satışı artıb. Belə ki, 2022-ci ildə «Rotary Motors» MMC xaricə 2 milyon 770 min manatlıq avtomobil satdığı halda, 2023-cü ildə bu rəqəm 11 milyon 185 min manat olub.
Azərbaycanda «Mazda»nın ehtiyat hissələrinin satışı da aşağı düşüb. Belə ki, 2022-ci ildə ölkədə 1 milyon 675 min manatlıq «Mazda» hissələri satıldığı halda, 2023-də bu rəqəm 430 min manat və ya 26% azalaraq 1 milyon 246 min manata düşüb.