Azərbaycanda illik dövriyyəsi bir neçə yüz milyon manat olan avtmobil bazarına nəzarət və burada istehlakçıların hüquqlarının müdafiəsi olduqca zəifdir.
FED.az xəbər verir ki, bu özünü xüsusilə avtomobillərin alışı və ya istismarı dövründə aparılan texniki baxışlarda göstərir. Xatırladaq ki, texniki baxış - avtomobilin cari vəziyyəti, performansı və potensial problemlər haqqında ətraflı məlumat verir. Eyni zamanda, texniki icmal avtomobilin təhlükəsizliyi, uzunmüddətli performans, texniki xidmət xərcləri və amortizasiya kimi amillər haqqında detallı məlumatları təqdim edir.