Ölkəmizdə mühərrik həcmi kiçik avtomobillərə maraq artıb.
Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz?
FED.az xəbər verir ki, həm avtomobillərin satışı, həm də ekspertlərin rəyi bunu təsdiq edir.
Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, mühərrik həcmi kiçik avtomobillərə təlabatın artmasında bir çox səbəb var. Bunlardan biri də taksi fəaliyyəti üçün sahibkarların ölkəyə gətirdiyi avtomobillərdir. Taksi qiymətləri əvvəlki qədər aşağı olmadığından indi belə avtomobilləri gətirmək daha sərfəli olub.
Eldəniz Cəfərov deyir ki, sözügdən avtomobillərin satışının artasını əsaslandıran əsas amil isə qənaətcil olması yəni yanacağı az işlətməsidir.
Ekspert onu da əlavə edib ki, bu tendensiya hələ bir müddət davam edəcək.