Azərbaycanda «Kia» avtomobillərinin rəsmi distribüteri olan «Kia Motors Azerbaijan» bəzi modellərin qiymətini endirib.
FED.az xəbər verir ki, endirim «Sportage» və «Sorento» avtomobillərinə aid olacaq.
Maşınlar modelindən asılı olaraq 1900-3900 manat ucuzlaşdırılıb.
Belə ki, «Sportage STANDARD +» 44.900 AZN (2100 AZN endirim), «Sportage STANDARD DSL» 48.000 AZN (1900 AZN endirim), «Sportage LUXE» 49.000 AZN (3900 AZN endirim), «Sportage GT-Line» isə 56.000 AZN (3900 AZN endirim) qiymətə təklif olunur.
«Kia Sorento» (2019) modellərinə gəlincə, «Sorento OPTIMUM» 56.900 AZN (3000 AZN endirimlə), «Sorento LUXE GT-LINE» isə 67.000 AZN (3500 AZN endirimlə) qiymətə təklif edilir.