2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilib. Bu ötən ilin anoloji dövrü ilə müqayisədə 8,7 dəfə çoxdur.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin Apel ayında Azərbaycanda 71 ədəd minik avtomobili istehsal edilib.
2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda 59 ədəd minik avtomobili istehsal edilmişdi.
Xəbər verdiyimiz kimi, 2017-ci ilin İyul ayından bəri istehsalın dayandığı Naxçıvan Avtomobil Zavodunda (NAZ-Lifan) 2018-ci ilin Mart ayında montaj bərpa edilib. Həmçinin Martda Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb.
2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdı. Minik avtomobillərinin istehsalı Mart ayından bərpa edilib və beləliklə 2 ayda 130 ədəd minik avtomobili istehsal edilib.
2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilib. Bu avtomobillər ötən ilin İyul ayınadək istehsal olunmuşdu.
Cari ilin ilk 4 ayında istehsal edilmiş 130 ədəd minik avtomobilindən 25 ədədi satılıb və 105 ədədi anbarda qalıb.
Həmçinin yanvar-mart dövründə 505 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3% çodur. Traktorlar Gəncə Avtomobil Zavodunda istehsal edilir.
Məhsul növləri |
2018-ci ilin yanvar-aprel aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.05.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Traktorlar, ədəd |
505 |
144,3 |
33 |
Minik avtomobilləri, ədəd |
130 |
8,7 d. |
105 |