Azərbaycanda iki avtomobil şirkəti birləşib.
FED.az xəbər verir ki, söhbət Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi “Performance Center Co” şirkəti isə “İdeal-S.K” MMC-dən gedir. “İdeaL-S.K” MMC təsisçinin ümumi yığıncağının qərarına əsasən “Performance Center Co” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib. “Performance Center Co” şirkəti isə birləşmədən sonra yenidən təşkil edilib.
Qeyd edək ki, “İdeaL-S.K” avtomobil şirkəti Chevrolet və Cadillac avtomobillərinin Gəncə şəhərində satışını həyata keçirirdi. Bundan sonra isə “Performance Center Co” Gəncə nümayəndəliyi olaraq fəaliyyətini davam etdirəcək.
Azərbaycanda iki avtomobil şirkəti birləşdi

10:17
22 Noy 2017