Azərbaycanda ən çox satılan avtomobil markalarının sayı açıqlanıb. FED.az AVTO Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ildə ölkəyə ən çox gətirilən avtomobil markası «Hyundai» olub. Ötən il Azərbaycanda Cənub Koreya şirkətinin 4668 avtomobili satılıb.
Bu göstərici ilə «Hyundai» uzun müddətdən sonra «Mercedes»i keçib. Belə ki, ötən il ölkədə «Mercedes»lərin sayı cəmi 3648 ədəd artıb.
«Reno» gözlənilmədən önə çıxıb
Satış həcminə görə, 3-cü yeri gözlənilmədən «Reno» avtomobilləri tutub – 2550 ədəd. Bu son illər daha qənaətcil yanacaq sərfi səbəbinən ölkəyə fransız markasının kütləvi surətdə gətirilməsi ilə bağlıdır. Azərbaycan avtomobil ticarətçilərinin «Reno» həvəsi onunla nəticələnib ki, Avropada 500-700 avro arasında satılan bu maşınlar hazırda 1200-2500 avroya yüksəlib.
Satış sayına görə, sonrakı yeri «Toyota» tutur – 2355 avtomobil. Ötən il «KİA» markasından olan 2182 avtomobil satılıb.
Satış həcminə görə, sonrakı yerləri «Chevrolet» və «Opel» markaları tutur – müvafiq olaraq 1077 və 1034 avtomobil.
2018-ci ildə Azərbaycanda 9292 «Ford», 847 ədəd «Folsvagen», 725 ədəd «BMV» satılıb.
«Chevrolet» gözdən düşür? - SATIŞLARIN ARTIB-AZALMASI
Avtomobil markaları ilə bağlı məlumatlar son iki ildə ayrı-ayrı avtomobil markalarının satışının artıb azalmasını izləməyə imkan verir.
Bəlkə də qəribə görünə bilər, 2018-ci ildə Azərbaycanda satışı ən çox artan avtomobil markası «Opel»lər olub. 2017-də cəmi 225 «Opel» satıldığı halda ötən il bu göstərici 1034-ə yüksəlib.
Sonrakı yeri yapon təmsilçisi «Toyota» tutur. 2018-ci ildə «Toyota»nın satışları 3,6 dəfə artaraq 2017-ci ildəki 660-dan 2355-ə yüksəlib.
«Hyundai»nin göstəriciləri də yaxşıdır – son bir ildə Koreya təmsilçisinin satışları 3,4 dəfə artıb. 2017-ci ildə cəmi 1366 «Hyundai» satıldığı halda 2018-ci ildə bu göstərici 4668-ə yüksəlib.
Satışların artım sürətinə görə, sonrakı yeri «Nissan» tutur, 2017-ci ildəki 150 avtomobil satışından sonra 2018-də 421 avtomobil satılan yapon maşınları tədricən populyarlaşır.
Sonrakı yeri Koreya təmsilçisi tutur – 2018-də KİA-ların satışında 2,7 dəfə artım baş verib və 2017-ci ildəki 802 maşından 2182-yə yüksəlib.
2018-də «Reno» satışı 2,5 dəfə artıb və 2017-ci ildəki 1033-dən 2550 ədədə yüksəlib.
Ötən il «Ford», «Volkswagen» və «BMW»lərin də satışları müvafiq olaraq 2,2 dəfə, 2,1 dəfə və 2,1 dəfə artıb.
«Mersedes»lərin satış sayı böyük olsa da, satışda artım bu qədər güclü deyil – 2017-ci ildə 2002 avtomobil satılmışdı, 2018-də 1,8 dəfə artım baş verərək 3648-ə yüksəlib.
Satış rəqəmlərindən çıxan nəticə: alıcılar getdikcə daha çox keyfiyyət-qiymət nisbətinə üstünlük verməyə başlayıblar. Bahalı avtomobillər əvvəlki kimi populyar deyil. Bundan başqa, bəzi markaların keyfiyyətləri artıq tanınmağa başlayır («Honda» və «Nissan»). Eləcə də alıcıların bir hissəsi nisbətən ucuz avtomobillərə üstünlük verməyə başlayıblar. Nəhayət, Koreya modellərinin son illərdəki aktiv təbliğatı öz nəticələrini verməyə başlayıb.
Azərbaycanda 2018-ci ildə satışları artan və azalan avtomobillər (mötərizədə 2017-ci ilin göstəriciləridir)
«Hyundai» 4668 ədəd (1366)
«Mersedes» 3648 ədəd (2002)
«Reno» 2550 ədəd (1033)
«Toyota» 2355 ədəd (660)
«KİA» 2182 ədəd (802)
«Chevrolet» 1077 ədəd (3206)
«Opel» 1034 ədəd (225)
«Ford» 929 ədəd (421)
«Volkswagen» 847 ədəd (393)
«BMW» 725 ədəd (347)
«Lexus» 461 ədəd (298)
«Nissan» 421 ədəd (150)
«Landrover» 361 ədəd (203)
«Audi» 313 ədəd (237)
«Fiat» 178 ədəd (95)
«Honda» 124 ədəd (58)
«Porşe» 91 ədəd (74)
«İnfiniti» 19 ədəd (-5)
«Yaquar» 10 ədəd (1)
«Pejo» 7 ədəd (10).