Azərbaycanda satışda olan bütün markalar üzrə avtomobillərin sayı 18 mini keçir. FED.az xəbər verir ki, hazırda ən çox satışda olan avtomobillər «Mercedes»lərdir. Satışda olan Mercedes markalı avtomobillərin sayı təxminən 4 000-ə yaxındır. İkinci sırada LADA markalı avtomobillər gəlir. Bu avtomobillərin sayı 3 200 keçir. Siyahıda 3-cü yeri Hyundai markası tutur. Satışdakı Hyundaiların sayı 1350-ə çatır.
«Priora»nın istehsalı ilə bağlı yekun qərar verdi
Ən çox satılan digər maşınlar BMW və Toyota markalı avtomobillərdir. Bazardakı BMW və Toyotanın maşınları 1 000-ə yaxındır.
Top 10-un ikinci beşliyinin ön sıralarında Opel və Kia avtomobilləri yer alır. Bunların da sayı təxminən
müvafiq olaraq 900 və 700 çatır. Siyahının sonlarında isə Volkswagen, Ford və Nissan avtomobilləri gəlir. Satışa qoyulan bu maşınların sayı 500-dən yuxarıdır.
Ən çox satılan avtomobillər
1. Mercedes – 3977
2. LADA (VAZ) – 3213
3. Hyundai – 1347
4. BMW – 996
5. Toyota – 963
6. Opel – 894
7. Kia – 663
8. Volkswagen – 582
9. Ford – 541
10. Nissan – 512
Əksəriyyəti 10 min manata qədər olanlardır
Satışda olan avtomobillərin böyük hissəsinin qiyməti 10 min manata qədər olanlardır. Bunların sayı 7250-dən artıq və ya ümumi avtomobillərin 40%-dir. Belə avtomobillər əsasən Mercedes, LADA, BMW, Toyota, Opel markalı avtomobillər və işlənmiş köhnə maşınlardır.
Satışda olan avtomobillərin 29%-i və ya 5200-nün qiyməti isə 10-20 min manat arasındadır.
Qiyməti 20-30 min manat arasında olan maşınların bazar payı isə 12,8%-dir, belələrinin sayı 2300-ə yaxındır.
Bazarda satışda olan maşınların 1800-ü və ya 10%-inin qiyməti 30-50 min manat arasında olanlardır.
Qiyməti 50-100 min manat arasında olan daha lüks və komfortlu maşınlardan 1 150 avtomobil hazırda alıcısını gözləyir.
Bazarda qiyməti 100 min manatdan yuxarı olan superlüks maşınların sayı isə 600-ə yaxındır.
Bunlar əsasən Mercedes, Lexus, BMW, Porche, Toyota, Land Rover markalı avtomobillərdir.
Azərbaycanda ən çox satılan avtomobillər – QİYMƏTLƏR
13:05
16 İyul 2018