Azərbaycanda elektromobillərin enerji doldurma stansiyaları şəbəkəsinin genişləndirilməsinə yönəlmiş “Elektromobillik üzrə Milli Plan”hazırlanıb.
Qırğızıstandan Azərbaycana elektromobillər üçün şarj cihazları ilə bağlı təklif
FED.az xəbər verir ki, bunu Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.
Abdullayev qeyd edib ki, hazırda plan üzrə rəy və təkliflər toplanır, bundan sonra onlar növbəti baxılmaya aidiyyatı üzrə göndəriləcək.
Onun sözlərinə görə, plana əsasən, enerji doldurma stansiyalarının və aktiv istehlakçıların şəbəkəyə qoşulması əsasən paylayıcı şəbəkə vasitəsilə həyata keçirilir ki, bu da ötürücü şəbəkəyə təsir edən fluktuasiyalara səbəb olur. Bu isə öz növbəsində enerji sisteminə yükü artırır. Bu təsirləri minimuma endirmək üçün onların təsirini nəzərə almaq və paylayıcı şəbəkələrin işinin sabitləşdirilməsi üçün həllər hazırlamaq məqsədilə tədqiqatların aparılması planlaşdırılır".
Hazırda Bakı şəhərində 55-60, Sumqayıtda 2, bölgələrdə isə 30-35 enerji doldurma məntəqələri fəaliyyət göstərir. Regionlarda elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular– Yevlaxda, Salyanda və Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda quraşdırılıb. (Report)