Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” üzrə altqrupunun növbəti iclası keçirilib.
Vüsal Şıxəliyev: "Azərbaycanda 430 elektrikdoldurma cihazı quraşdırılıb"
Bu barədə FED.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, görüşdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndələri, eləcə də elektrikdoldurma sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
İclas zamanı ölkəmizdə ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat şəbəkəsinin genişləndirilməsi, elektrikdoldurma infrastrukturunun mövcud vəziyyəti, qanunvericilikdə təsbit olunana qədər elektrikdoldurma xidməti sahəsində bazar iştirakçıları arasında münasibətlərin tənzimlənməsi, müvafiq sahədə tətbiq edilməsi planlaşdırılan müqavilələr, əməkdaşlıq sənədləri, eləcə də 2025-ci il üçün Yol Xəritəsində nəzərdə tutulan digər tapşırıqlar barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, elektrikdoldurma xidməti bazarı üçün vahid platformanın hazırlanması və elektrikdoldurma xidməti göstərən məntəqələrin sözügedən platformaya inteqrasiyası məsələləri də müzakirə edilib.