Avto

Azərbaycanda elektrik avtomobilləri buraxılacaq – QİYMƏT

Azərbaycanda elektrik avtomobilləri buraxılacaq – QİYMƏT | FED.az
13:21 4 Okt 2018
Naxçıvanda elektromobil avtomobillər istehsal ediləcək. FED.az  xəbər verir ki, artıq Naxçıvan Avtomobil Zavodunda buna hazırlıqlar başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır. Zavoddan  FED.az-a bildirib ki, hələlk elektrik avtomobili kimi iki versiyanın istehsalı araşdırılır. Bunlar «Lifan 330» və «Lifan 650» modelləridir. «Hazırda bununla bağlı müzakirələr gedir, qiyməti və texniki göstəriciləri də müzakirə edildikdən sonra istehsalal bağlı qərar qəbul ediləcək». İşlər plan üzrə davam etsə, artıq gələn ilin birinci rübünün sonundan Naxçıvanda elektrik avtomobillərinin istehsalı başlanacaq.

Eləcə də bax: Azərbaycanın ən varlı və ən kasıb rayonları- MAAŞLAR, SİYAHI

Zavoddan bildirib ki, ölkədə elektrik avtomobillərinə tələbat yüksəlməkdədir, amma belə avtomobillərin istehsalı adi maşınlardakı kimi deyil, kompleks şəkildə həyata keçirlməlidir. Söhbət həmin maşınlara qullu edəcək texniki servislərin yaradılması və elektrik doldurucu stansiyaların qurulmasından gedir. İstehsal başlanacağı təqdirdə Naxçıvanda elektrik doldurma stansiyaları da qurulacaq. Bakıda isə hazırda mövcud olan stansiyaları «Lifan»lara da xidmət etmək imkanındadır.

Hələlik elektrik avtomobillərinin Azərbaycanda hansı qiymətə başa gəlib satılacağı məlum deyil, amma Çində buraxılan belə modellərin qiyməti (330 modelləri üçün ) 10-12 min dollar ətrafındadır. 

Eləcə də bax: “Lifan”ların qiyməti aşağı salınacaq

Digər xəbərlər

Banner