Azərbaycanda əhali və şirkətlər 2018-ci ildə avtomobillərin təmirinə 428 milyon 336,6 min manat xərcləyib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2017-ci il ilə müqayisədə 16 milyon 888,20 min manat və ya 4,10% çoxdur.
Eləcə də bax:Azərbaycana xaricdən hər gün - 120 MAŞIN GƏTİRİLİR – MARAQLI RƏQƏMLƏR
Ümumilikdə isə 2013-cü ildən ötən ilə kimi, 2018-ci il də daxil olmaqla Azərbaycanda avtomobil təmirinə xərclənən vəsaitlər 88 728,40 min manat və ya 26,12% artıb.
Qeyd edək ki, Azərbaycanda avtomillərin təmirinə xərclənən pullar ildən ilə, hər il təqribən 20 milyon manata yaxın artmaqdadır.
Belə ki, 2013-cü ildə avtomobillərin təmirinə 339,6 milyon manat, 2014-cü ildə 360,5 milyon manat, 2015-ci ildə 387,9 milyon manat, 2016-cı ildə 392,7 milyon manat, 2017-də isə 411,5 milyon manat vəsait xərclənib.