İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda dövlətə məxsus daha 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Eləcə də bax: Bir neçə dövlət qurumu avtomobillərini ucuz qiymətə satır - SİYAHI
Bu barədə FED.az-a nazirlikdən bildirilib.
Məlumata görə, avtomobillər üçün sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, ilkin satış qiyməti 3 250 manata olan “Subaru Forester” markalı avtomobilə edilən ən son təklif 9 950 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Rusiya istehsalı olan avtomobillərdir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://clck.ru/32AsZQ )
Növbəti hərraclar 4, 11,18, 25 oktyabr tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 40 kiçik dövlət müəssisə və obyekti, 130 nəqliyyat vasitəsi çıxarılacaq.