Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 600-ə yaxın minik avtomobili alır.
FED.az xəbər verir ki, nazirlik artıq bununla bağlı olaraq Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən «Azərmaş» MMC və “Naxçıvan Avtomobil Zavodu” MMC ilə müqavilələr imzalayıb.
Eləcə də bax: Nazirlik 800 min manatlıq – AVTOMOBİLLƏR ALDI
Belə ki, nazirlik «Azərmaş» MMC-dən 156 ədəd və 391 ədəd olmaqla iki lot üzrə ümumilikdə 547 «Khazar LX» markalı avtomobil alacaq. Bunun üçün sözügedən müəssisə ilə 6 milyon 486 min 762 manat məbləğində müqavilə imzalanıb.
Bundan başqa, nazirlik “Naxçıvan Avtomobil Zavodu” MMC ilə 25 ədəd və 20 ədəd olmaqla iki lot üzrə ümumilikdə 45 ədəd «Naz Lifan LF7132E-330» avtomobili alır. Bununla bağlı nazirliklə müəssisə arasında 513 min manatlıq müqavilə imzalanıb.
Bu hesabla «Khazar LX» avtomobilinin hər biri 11,86 min manata, «Naz Lifan LF7132E-330» avtomobili isə 11,4 min manata başa gələcək.