Azərbaycanda Çin istehsalı olan elektrik avtomobilinin satışı başlayıb.
Eləcə də bax: Türkiyənin buraxdığı elektrik avtomobilinin - TƏQRİBİ QİYMƏTİ AÇIQLANIB
FED.az xəbər verir ki, Skywell ET5 elektrik avtombilinin istehsalçısı «Skywell Motor» əvvəllər TV və kamera istehsalçısı olub, 2017-ci ildən isə elektrik avtomobili buraxmağa başlayıb. 2020-ci ildə şirkət ilk elektromobilini – «Skywell ET5» modelini təqdim edib.
Avtomobil tam enerji yığmaqla 520 kilometr məsafə qət edə bilir, enerji sürətli variantda 30 dəqiqəyə 70%, evdə isə 11 saata yığılır.
204 at gücü olan elektromobilin dinamik göstəriciləri o qədər də yüksək deyil – 100 kilometri 8 saniyəyə yığır, belə ki, Türkiyənin bir qədər əvvəl təqdim etdiyi «Togg» modelinin təkmotorlu variantında by də bu göstərici 7,6 saniyə təşkil edir. Maksimum sürət isə saatda cəmi 150 km-dir.
Skywell ET5 elektrik avtomobilinin satış qiyməti 98,6 min manatdır.