Azərbaycanda mühərrik gücü 2.4 m3-dək olan və istehsal ili 2014 və 2020-ci illər arası avtomobillərə tələb yüksəlib.
Eləcə də bax: Azərbaycanda bu avtomobillərin qiyməti - UCUZLAŞIB
FED.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, həmin avtomobillərin qiymətində 4 faiz artım qeydə alınıb.
Yeni istehsal olunan hibrid avtomobillərin qiyməti 7 faiz azalsa da, istehsal ili köhnə olan və xüsusən də Yaponiyada istehsal olunan hibrid avtomobillərdə 5 faizə yaxın qiymət artımı müşahidə olunub.
Mühərrik gücü yüksək olan və daha Avro-5 standartlı benzindən istifadə edilən avtomobillərin qiymətləri 3.5 faiz aşağı düşüb. Ay ərzində həmin avtomobillərə tələbin azalması müşahidə olunub. (Trend)