Azərbaycanda avtomobillər bahalaşıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.Hesabata əsasən, bu ilin oktyabr ayında Azərbaycanda minik avtomobilləri 3,1%, onların ehtiyat hissələri, eləcə də velosipedlər 0,3% bahalaşıb. İl ərzində isə qiymət artımı minik avtomobillərində 8,2%, onların ehtiyat hissələrində 12,7%, velosipedlərdə isə 14,2% olub.
                                                    
                                                    
                    Azərbaycanda avtomobillər və ehtiyat hissələri bahalaşıb
 
                            
                            
                        
                            10:04
                            27 Noy 2017
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








