Ötən il Azərbaycanda sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 39 mln. 672 min manat sığorta haqqı toplanıb, 15 mln. 849 min manat isə sığorta ödənişləri həyata keçirilib.
Eləcə də bax: Sığorta şirkətlərinin 2021-ci ildəki yığımları və ödənişləri açıqlandı - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim edilən statistikaya əsasən aparılan hesablamalara görə, bu göstəricilər 2020-ci illə müqayisədə müvafiq olaraq 2 mln. 796 min manat (7.6%) və 2 mln. 810 min manat (21.6%) çoxdur.