Azərbaycanda avtomobil satışları zamanı ödənişlər da ya onlayn kassa aparatları, ya da posterminal vasitəsilə qəbul edilməlidir.
FED.az xəbər verir ki, ölkədə avtosalonlarda onlayn kassa aparatlarının tətbiqinə verilən vaxt artıq başa çatıb.
Eləcə də bax: "Azərbaycan istehsalı olan minik avtomobilləri - UĞURLA SATILIR"
Qeyd edək ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli qərarına görə, Bakıdakı avtomobil salonlarında onlayn kassa aparatlarının quraşdırılması iyulun 1-də, Gəncə, Sumqayıt şəhərləri və respublikanın digər ərazilərindəkı avtosalonlarda aparatların quraşdırılması isə oktyabrın 1-də başa çatmalıydı.
Eləcə də bax: Gürcüstan nömrəli avtomobillərlə bağlı - DAHA BİR AÇIQLAMA
Son məlumatlara görə, avtosalonlar bu tələbə əməl edə bilməyiblər. Vergilər Nazirliyinin məlumatında bildirilir ki, avtosalonlarda yeni nəsil kassaların quraşdırılması üzrə isə işlər davam etdirilir. Yeni nəsil kassaların fəaliyyəti üçün əsas şərtlər onların internet bağlantısının olmasıdır. Bir sıra hallarda obyektlərdə internet bağlantısının olmaması yeni nəsil kassalarının tətbiqini ləngidir.