2019-cu il ərzində Azərbaycanda maşın və avadanlıqların və sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində artıb.
Eləcə də bax:Bu ərazilərdə yazılan radarlar - LƏĞV OLUNMALIDIR - RƏSMİ
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal edilən maşın və avadanlıqların ümumi məbləği 315,5 mln manat təşkil edib. 2019-cu il ərzində 905 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 30,5% az, 2 360 ədəd minik avtomobili istehsal olunub ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2,4 dəfə çoxdur.
2018-ci illə müqayisədə maşın və avadanlıqların istehsalı 1% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 17,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7% azalıb.