3 aydır ardıcıl olaraq ölkəmizdə avtomobil istehsalının uğur hekayəsi uzun çəkmədi. Apreldə istehsal dayanıb. Azərbaycan 2020-ci ilin ilk dörd ayı ərzində 672 ədəd minik avtomobili istehsal edib. Bu istehsal isə yanvar-mart aralığındakı istehsalın hesabına olub.
Eləcə də bax: Azərbaycanda yeni avtomobillər bazarı çöküb, dilerlər - HÖKUMƏTDƏN KÖMƏK İSTƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə AzStatKomda bildirilir.
Lakin artım tempi apreldəcə dayanıb. Cari ilin aprel ayında bir avtomobil belə istehsal edilməyib. Çünki, 2020-ci ilin yanvar-mart ayları ərzində 672 avtomobilin istehsal edildiyi açıqlanmışdı. Belə ki, yanvar ayı ərzində Azərbaycanda istehsal edilən minik avtomobilin sayı 192, fevralda 288 və martda isə 192 ədəd istehsal edilib.
Bununla belə Azərbaycanda yığılan avotmobillərin anbarından cəmi üçü satışa çıxarlıb. Hazırda avtomobil ehtiyatı ölkədə 218 ədəddir. Mart ayında istehsal edilən avtomobillərin sayı anbarlarda 221 ədəd təşkil edib.
Aprel ayı ərzində açıqlanan məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 164 ədəd “Khazar LX” markalı minik avtomobillərinin satın alınması ilə bağlı satışı həyata keçirən “Azərmaş”la satınlama müqaviləsi imzalayıb. Daha əvvəllər də bu nazirliklə yanaşı bir sıra dövlət büdcəsindən “qidalanan” qurumlar yerli istehsalımız olan bu avtomobillərin alışına üstünlük vermişdilər.