Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiya Parkı (YTP) istifadə olunmuş avtomobil akkumulyatorlarının utilizasiyası üçün lisenziya almağa hazırlaşır. FED.az xəbər verir ki, bu barədə YTP-dən bildirilib.
YTP-dən verilən məlumata görə, hazırda bu proses yekunlaşmaq üzrədir.
Eləcə də bax: Sürücülük vəsiqəsinə görə ödənişlər “ASAN ödəniş”lə həyata keçiriləcək
“Bu, vaxt tələb edən məsələdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ekoloji pasport, İqtisadiyyat Nazirliyindən isə lisenziya alınmalıdır. Ekoloji pasportun alınması üçün tələb olunan müddətlər var. Hazırda bu proses yekunlaşmaq üzrədir”, - deyə YTP-dən qeyd ediblər.
Yüksək Texnologiya Parkından onu da bildiriblər ki, YTP-nin nəzdində inşası nəzərdə tutulan akkumulyator zavodunun tikintisi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən razılıqlar alınıb və şəhərsalma əsaslandırılması təsdiq olunub.